Ömər Çəlik: S-400 ilə Türkiyə AB və NATO-nun təhlükəsizliyinə zəmanət verəcək
-
Ömər Çəlik: S-400 ilə Türkiyə AB və NATO-nun təhlükəsizliyinə zəmanət verəcək
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Rusiyadan S-400 raket müdafiə sistemi alması ilə Türkiyənin həm özü həm də NATO və Avropa Birliyinə üzv ölkələrin təhlükəsizliyinə zəmanət verəcəyini dedi.
İSNA xəbər agentliyinin bildirdiyinə görə, Ömər Çəlik dedi: Türkiyə ilk başda ABŞ istehsalı olan "Patriot" raket sistemini almaq istədi. Amma, Vaşinqton bu raket sistemi üçün qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürdü. Nəticədə Ankara Rusiyadan S-400 raket sistemi almaq qərarına gəldi.
Ədalət və İnkişaf Partiyasının sədri həmçinin dedi: Ankara S-400 raket müdafiə sistemini almaqla sadəcə öz sərhədlərini deyil, Avropa Birliyi və NATO-ya üzv digər ölkələrin də təhlükəsizliyini təmin edə bilər.
Ömər Çəlik ilk S-400 raket sisteminin cari ilin iyul ayında Türkiyəyə təhvil veriləcəyini bildirdi.