Türkiyə rəsmilərinin İsrail baş nazirinin sözlərinə reaksiyası
https://azeri.sahartv.ir/news/türkiyə-i338370-türkiyə_rəsmilərinin_İsrail_baş_nazirinin_sözlərinə_reaksiyası
Türkiyə rəsmiləri İsrailin baş naziri Benyamin Netanyahunun sözlərini məsuliyyətsizlik adlandıraraq, beynəlxalq ictimaiyyətin buna reaksiya verməsini istədilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2019 13:43 Asia/Baku
  • Türkiyə rəsmilərinin İsrail baş nazirinin sözlərinə reaksiyası
    Türkiyə rəsmilərinin İsrail baş nazirinin sözlərinə reaksiyası

Türkiyə rəsmiləri İsrailin baş naziri Benyamin Netanyahunun sözlərini məsuliyyətsizlik adlandıraraq, beynəlxalq ictimaiyyətin buna reaksiya verməsini istədilər.

Anadolu xəbər agentliyinin bildirdiyinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Netanyahunun İordan çayının qərb sahilində yerləşən yəhudi sakinli qəsəbələrin İşğal altında olan Fələstin ərazilərinə birləşdirilməsinə dair açıqlamasını məsuliyyətsiz adlandırdı və dedi: Parlament seçkilərinin nəticəsindən nigaran olduğu üçün bu kimi fikirlər səsləndirməsi heç bir vəchlə reallığı dəyişdirə bilməz.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik də Tvitterdə paylaşdığı yazıda Benyamin Netanyahunu BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüquq normalarını pozmaqda ittiham edərək, beynəlxalq ictimaiyyətin buna reaksiya verməsini istədi.