ABŞ Konqresi "S-400"lə bağlı Türkiyəyə xəbərdarlıq etdi
Apr 10, 2019 07:26 Asia/Baku
-
ABŞ Konqresi "S-400"lə bağlı Türkiyəyə xəbərdarlıq etdi
ABŞ Senatının Xarici Əlaqələr və Silahlı Qüvvələrə Xidmət komitələri çərşənbə axşamı Rusiyadan "S-400" alacağı təqdirdə ABŞ-ın sanksiyaları ilə üzləşəcəyinə dair Türkiyəyə xəbərdarlıq etdilər.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bazar ertəsi günü Rusiya prezidenti Vladimir Putin ilə Moskvada birgə mətbuat konfransında "S-400"lə bağlı müqavilənin qətiləşdiyini və ABŞ-ın təhdidlərinin bu müqavilənin icrasında heç bir təsirə malik olmadığını dedi.