Kılıçdaroğlu: Ümid edirik ki, Türkiyə ali seçkilər şurası ədalətli qərar çıxaracaq
https://azeri.sahartv.ir/news/türkiyə-i338681-kılıçdaroğlu_Ümid_edirik_ki_türkiyə_ali_seçkilər_şurası_ədalətli_qərar_çıxaracaq
Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədri deyib: Bəzilərinin İstanbul bələdiyyə seçkilərini ləğv etmək üçün yollar axtarmasını düzgün hesab etmirəm.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2019 09:09 Asia/Baku
  • Kılıçdaroğlu: Ümid edirik ki, Türkiyə ali seçkilər şurası ədalətli qərar çıxaracaq
    Kılıçdaroğlu: Ümid edirik ki, Türkiyə ali seçkilər şurası ədalətli qərar çıxaracaq

Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədri deyib: Bəzilərinin İstanbul bələdiyyə seçkilərini ləğv etmək üçün yollar axtarmasını düzgün hesab etmirəm.

Kamal Kılıçdaroğlu dünən Səadət partiyasının sədri Temel Karamollaoğlu ilə görüşdən sonra Ankarada müxbirlərlə müsahibədə deyib: Türkiyə ali seçkilər şurasının ədalətli qərar çıxaracağına inanırıq.

O, xəbərdarlıq edib: Əgər ədalətsiz qərar çıxarılarsa, Türkiyə cəmiyyətində dərin yaralara səbəb olacaq.

Kılıçdaroğlu vurğulayıb: Seçkilərdə bələdiyyə başçısı seçilmiş şəxslər öz etimadnamələrini almalıdırlar. Zira Türkiyə ali seçkilər şurası bundan öncə namizədlərin siyahısını təsdiq edib və onlar qanuni şəkildə seçkilərdə iştirak ediblər.

Səadət partiyasının sədri Temel Karamollaoğlu da Türkiyənin bəzi məntəqələrində seçkilərin nəticələrinə qarşı etirazlara işarə edərək, deyib: Türkiyə ali seçkilər şurasının ədalətli qərar çıxarmasını gözləyirik.