Abdullah Gül hakim partiyanın seçkilərdən sonrakı rəftarını tənqid etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i338824-abdullah_gül_hakim_partiyanın_seçkilərdən_sonrakı_rəftarını_tənqid_etdi
Türkiyənin keçmiş prezidenti hakim partiyanın 31 mart seçkilərindən sonrakı rəftarını tənqid etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2019 14:57 Asia/Baku
  • Abdullah Gül hakim partiyanın seçkilərdən sonrakı rəftarını tənqid etdi
    Abdullah Gül hakim partiyanın seçkilərdən sonrakı rəftarını tənqid etdi

Türkiyənin keçmiş prezidenti hakim partiyanın 31 mart seçkilərindən sonrakı rəftarını tənqid etdi.

İSNA xəbər agentliyinin bildirdiyinə görə, Ədalət və İnkişaf Partiyasının qurucularından olan Abdullah Gül şənbə günü dedi: Ədalət və İnkişaf Partiyası son bələdiyyə seçkilərində digər partiyaların qalib namizədləri qarşısında aqressiv siyasət yürüdür. 

Türkiyənin keçmiş prezidenti Abdullah Gül həmçinin dedi: Ədalət və İnkişaf Partiyası iqtidarda olduğu müddət ərzində digərlərinə qarşı keçmişdə özünə qarşı yol verilmiş səhvləri təkrar etməməlidir. 

Bu məlumata görə, hal hazırda seçkilərdə Türkiyədə seçkilərdə qələbə çalan bəzi namizədlər hələ də seçkilərin yekun nəticəsinə dair qəti qərar əldə edə bilməyiblər. Bəzi namizədlərin ofislərinə girişi belə qadağan edilib. 

Türkiyədə bələdiyyə seçkiləri 31 martda keçirildi. 

Ədalət və İnkişaf Partiyası Türkiyədə keçirilən 31 mart seçkilərində say baxımından qələbə çalmasına baxmayaraq, İstanbul və Ankara kimi iri şəhərlərdə mübarizəni rəqiblərinə uduzdu.