Türkiyədə hakim partiya İstanbul bələdiyyə seçkilərinin təkrar edilməsi vacibliyini vurğulayıb
Apr 16, 2019 17:03 Asia/Baku
-
Türkiyədə hakim partiya İstanbul bələdiyyə seçkilərinin təkrar edilməsi vacibliyini vurğulayıb
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası rəsmən İstanbul bələdiyyə seçkilərinin yenidən keçirilməsini istəyib.
Ədalət və İnkişaf Partiyasının sədr əvəzi Əli Ehsan Yavuz bildirib ki, İstanbul bələdiyyə seçkilərinin yenidən keçirilməsi barədə ərizə ali seçkilər şurasına təqdim olunub. O, deyib ki, mövcud şübhələrin aradan qaldırılması üçün bu seçkilər bir daha keçirilməlidir.
Ədalət və İnkişaf Partiyasının sədr əvəzi əlavə edib: Səslərdə saxtakarlıq, mütəşəkkil qanun pozuntuları və səsvermə şəraitinə malik olan şəxslərin qanunsuz surətdə köçürülməsinə şamil olan sənədrlərdən ibarət üç çamadan ali seçkilər şurasına təqdim olunub.