Zərif Türkiyəyə daxil olub
https://azeri.sahartv.ir/news/türkiyə-i339021-zərif_türkiyəyə_daxil_olub
İran İslam Respublikasının xarici işlər naziri dünən gecə siyasi bir heyətlə Suriyanın paytaxtı Dəməşqdən Türkiyənin paytaxtı Ankaraya daxil olub.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 17, 2019 03:31 Asia/Baku
  • Zərif Türkiyəyə daxil olub
    Zərif Türkiyəyə daxil olub

İran İslam Respublikasının xarici işlər naziri dünən gecə siyasi bir heyətlə Suriyanın paytaxtı Dəməşqdən Türkiyənin paytaxtı Ankaraya daxil olub.

Məhəmməd Cavad Zərif Ankaraya daxil olarkən müxbirlər qarşısında bildirib ki, Türkiyə rəsmilərilə ikitərəfli və regional, xüsusən Suriya və Şimali Afrika məsələləri barədə söhbət edəcək.

Zərif Türkiyəyə ikigünlük səfərində bu ölkənin rəsmiləri, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan ilə görüşməlidir. Zərif bundan öncə Suriyaya səfər edibdir.