Apr 19, 2019 15:54 Asia/Baku
  • Ərdoğan Türkiyənin iqtisadi durumunu müdafiə edib
    Ərdoğan Türkiyənin iqtisadi durumunu müdafiə edib

Türkiyə prezidenti Qərb medialarının bu ölkənin iqtisadi durumu barədəki reportajlarını tənqid edərək, Türkiyənin iqtisadi durumu və proqramlarını müdafiə edib.

Rəcəb Tayyıp Ərdoğan Qərb medialarını Türkiyə iqtisadiyyatını dağılmaqda olan bir iqtisadiyyat kimi göstərməyə çalışmaqda ittiham edib.

Belə bir halda, Londonda çıxan "Financial Times" qəzeti son zamanlar bildiribdir ki, Türkiyə mərkəzi bankı qısa müddətli istiqrazla öz xarici valyuta ehtiyatını gücləndirib və bu məsələ bu ölkədə nigarançılıqlara yol açıbdır.

"Financial Times" qəzetinin reportajının yayılmasından sonra Türkiyə lirəsi dollar qarşısında öz dəyərinin daha iki faizini itiribdir.

Türkiyə prezidenti hələ də bu qənaətdədir ki, ölkəsinin iqtisadiyyatı güclü qalıb, amma eyni zamanda deyir ki, Türkiyə hücum hədəfinə çevrilib, zira ədalət və mühacirlər barədə söhbət və etiraz edir.

Teqlər