Türkiyə Ağ Ev-in Ankaraya qarşı təzyiqlərini tənqid edib
Apr 26, 2019 16:11 Asia/Baku
-
Türkiyə Ağ Ev-in Ankaraya qarşı təzyiqlərini tənqid edib
Türkiyə xarici işlər nazirliyinin sözçüsü Amerikanın Rusiyadan S-400 raket sistemi alması bəhanəsilə Türkiyəyə qarşı təzyiq və hədələrini nəticəsiz adlandırıb.
Hami Aksoy bu gün müxbirlər qarşısında ABŞ-ın vitse-prezidenti Mayk Pensin "Türkiyə S-400 raket sistemini almaqla NATO-da qalmaqdan birini seçməlidir" cümləsinə reaksiyada deyib ki, Amerikanın təhdid dilindən istifadə etməsi bu ölkə üçün bir nəticə gətirməyəcəkdir.
Türkiyə xarici işlər nazirliyinin sözçüsü əlavə edib: Rusiyadan S-400 raket sistemi almaq Türkiyənin hədələr qarşısındakı təhlükəsizlik tədbirləri çərçivəsindədir və Ankara Vaşinqtonun bu sistemi almamaq barədəki tələbini qəbul etməyəcəkdir.