Türkiyə xarici işlər naziri Rusiyadan S-400 sisteminin satın alınmasına təkid edib
Türkiyə xarici işlər naziri deyib: Rusiyadan S-400 raket sisteminin satın alınması prosesi dayandırılmayıb və təxirə də salınmayacaqdır.
Mövlud Çavuşoğlu bu gün Rusiyanın S-400 raket sisteminin Türkiyəyə təhvil verilməsi prosesinin təxirə düşməsi ehtimalı haqda belə deyib: S-400 sisteminin alınmasının dayandırılması və ya təxirə salınmasından söz getmir, zira Rusiyanın S-400 raket sisteminin satın alınması prosesi qətidir və öz gedişatını getməkdədir.
Son aylarda Amerika ilə Türkiyə arasında müxtəlif məsələlər, o sıradan S-400 raket sisteminin satın alınması üstündə gərginlik artıbdır.
Vaşinqton iddia edir ki, S-400 raket müdafiə sisteminin Türkiyə ərazisində yerləşdirilməsi Amerikanın F-35 qırıcılarının zəif cəhətlərini üzə çıxaracaqdır.
Rusiyanın S-400 raket sisteminin Türkiyəyə satışı barədə müqavilə 2017-ci ilin dekabrında imzalanıbdır.