Ərdoğan Suriyanın şimalında terrorçuların məhv edilmələrini vurğulayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i340507-Ərdoğan_suriyanın_şimalında_terrorçuların_məhv_edilmələrini_vurğulayıb
Türkiyə prezidenti Suriyanın şimalında terrorçularla mübarizə və onların məhv edilmələrinin davam edəcəyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2019 12:03 Asia/Baku
  • Ərdoğan Suriyanın şimalında terrorçuların məhv edilmələrini vurğulayıb

Türkiyə prezidenti Suriyanın şimalında terrorçularla mübarizə və onların məhv edilmələrinin davam edəcəyini vurğulayıb.

Rəcəb Tayyıp Ərdoğan dünən gecə Ankarada etdiyi çıxışında deyib ki, Türkiyə hökuməti terrorçuların Suriyanın şimalına hökumətlik etmələrinə yol verməyəcək.

Türkiyə prezidenti əlavə edib: Türkiyənin ordu qüvvələri ötən iki il yarım ərzində terror qrupları üzvlərindən azı 420 nəfəri öldürüblər.

Ərdoğan əlavə edib: PKK və PYD üzvlərinə Suriyanın şimalında yer yoxdur.

Ərdoğan həmçinin Türkiyədə Gülən qrupu üzvləri ilə mübarizənin və onların mühakimə olunmalarının davam edəcəyini vurğulayıb.