May 22, 2019 19:24 Asia/Baku
  • Tehran-Ankara qatarı tezliklə istifadəyə veriləcək
    Tehran-Ankara qatarı tezliklə istifadəyə veriləcək

İranın dəmir yolları şirkətinin icraçı müdiri Tehran-Ankara qatarının yenidən istifadəyə veriləcəyindən xəbər verdi.

Səid Rəsuli çərşənbə günü jurnalistlər qarşısında dedi: Tehran-Ankara qatar reysinin bərpa edilməsinə dair danışıqlar aparılıb və tezliklə bu Tehran - Təbriz - Van - Ankara marşrutu üzrə qatar reysi işə düşəcək. 

Rəsuli həmçinin, MDB ölkələrinin dəmir yol nəqliyyatı şurasının Helsinkidəki 70-ci iclasında İranın rəsmi üzv olaraq qəbul edilməsinə işarə edərək, dedi: Bu üzvlük İran üçün beynəlxalq nəqliyyat və tranzitin genişləndirilməsi baxımından yaxşı fürsət sayılır və Mərkəzi Asiya ölkələri ilə İran arasında dəmir yolu əməkdaşlıqlarının genişlənməsinə kömək edəcək. 

İranın dəmir yolları şirkətinin icraçı müdiri həmçinin, İran, Türkiyə və MDB ölkələri arasında qatarların mübadilə edilməsinə dair anlaşma sənədinin imzalanmasından xəbər verib və deyib: Bu anlaşma sənədi yüklərin və sərnişinlərin daşınmasında potensialların artırılmasına kömək edəcək. 

Teqlər