S-400 raket sistemindən vaz keçməsi üçün Amerikadan Türkiyəyə ultimatum
-
S-400 raket sistemindən vaz keçməsi üçün Amerikadan Türkiyəyə ultimatum
ABŞ müdafiə nazirliyinin başçısı deyib: Vaşinqton Rusiyadan S-400 raket müdafiə sistemini satın almaqdan vaz keçməsi üçün iyulun 31-dək Türkiyəyə möhlət verir.
Patrik Şanahan əlavə edib: Əgər Türkiyə iyulun 31-dək S-400-dən vaz keçməzsə, F-35 qırıcısının istehsalı proqramında Ankara-Vaşinqton əməkdaşlığı və ABŞ-da türk pilotlara təlimlərin verilməsi dayandırılacaqdır.
ABŞ müdafiə nazirliyinin başçısı həmçinin vurğulayıb: Rusiyadan S-400 sistemi alacağı təqdirdə, “Amerikanın düşmənləri ilə mübarizə” qanununa əsasən, Ankara mütləq Vaşinqtonun sanksiyaları ilə üzləşəcəkdir.
Şanahanın bu sözləri elə bir halda söylənir ki, Ankara rəsmiləri Vaşinqtonun təhdid və müxalifətinə baxmayaraq, dəfələrlə Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemini alacaqlarını vurğulayıblar.
Türkiyənin müdafiə naziri Xulusi Akar çərşənbə günü mayın 22-də Rusiyadan S-400 raket əleyhinə müdafiə sisteminin satın alınması səbəbindən Ankaranın mümkün ABŞ sanksiyalarına hazır olduğunu söylədi.
Son aylarda ABŞ ilə Türkiyə arasındakı gərginlik S-400 sisteminin satın alınması da daxil olmaqla, bir çox məsələlərdə artıbdır.
Amerika son aylarda dəfələrlə Türkiyəni hədələyərək bildiribdir ki, əgər Rusiya ilə S-400 sisteminin satın alınması müqaviləsini ləğv etməzsə, Vaşinqtonun sanksiyaları hədəfinə tuş gələcəkdir.
Vaşinqton iddia edir ki, S400 raket müdafiə sisteminin Türkiyə ərazisində yerləşdirilməsi ABŞ-ın gizlilik xüsusiyyətinə malik F-35 döyüş təyyarəsinin zəif cəhətlərini ortaya qoyacaqdır.