Ankarada daşqın üç nəfərin həyatına son qoyub
https://azeri.sahartv.ir/news/türkiyə-i342192-ankarada_daşqın_üç_nəfərin_həyatına_son_qoyub
Ankarada leysan, dolu və daşqın üç nəfərin həyatına son qoyub və bu iri şəhərin böyük bir hissəsində həyat iflic olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2019 10:39 Asia/Baku
  • Ankarada daşqın üç nəfərin həyatına son qoyub
    Ankarada daşqın üç nəfərin həyatına son qoyub

Ankarada leysan, dolu və daşqın üç nəfərin həyatına son qoyub və bu iri şəhərin böyük bir hissəsində həyat iflic olubdur.

Bu təbii hadisə nəticəsində Sincan və Etimesqut məntəqələri xüsusiyyət təşkil etməklə bir neçə şəhərdaxili yol bağlanıbdır. Eyni zamanda, Ankaranın Əsənboğa Beynəlxalq Hava Limanında uçuşlar müəyyən zamanadək dayandırılıb. Dolu yağmasına görə, çoxlu sayda avtomobilə zərər dəyib. Yağıntının şiddəti o həddə olubdur ki, çoxlu sayda avtomobil, həmçinin bir neçə metro stansiyası daxil olmaqla çoxlu sayda bina və infrastruktur təsisat daşqına məruz qalıbdır.