Türkiyənin daxili işlər naziri bu ölkənin ABŞ qarşısında müqavimətinə təkid edib
-
Türkiyənin daxili işlər naziri bu ölkənin ABŞ qarşısında müqavimətinə təkid edib
Türkiyənin daxili işlər naziri Amerikanın Türkiyəyə qarşı iqtisadi hədələrinə işarə edərək deyib ki, Türkiyə Amerikaya bac verəcək bir ölkə deyildir.
Amerikanın Türkiyəyə qarşı iqtisadi hədələrini davam etdirdiyini bildirən Süleyman Soylu söyləyib: Onlar gözləyirlər ki, Ankaradan bac alsınlar, halbuki Türkiyə heç bir ölkəyə bac verməyəcəkdir.
Türkiyənin daxili işlər naziri bildirib ki, Amerika hər on və ya 20 ildən bir, Türkiyədən bac almaq ardınca olubdur. O, əlavə edib: Amerikanın iqtisadi hədələri elə bir halda 2017-ci ildən bu yana kulminasiya nötqtəsinə çatıbdır ki, Ankara daim bu ölkənin qarşısında müqavimət edibdir.
Ankara ilə Vaşinqton arasındakı çəkişmələr Suriyada böhranın başlanmasından sonra daha ciddi forma alıb və Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq,Türkiyənin Rusiyadan S-400 zenit raket sisteminin satın alınması barədə müqavilə bağlaması ilə özünün kulminasiya nötqtəsinə çatıbdır.
Vaşinqtonun Ankaraya qarşı son hərəkətində, ABŞ prezidenti Donald Tramp Türkiyə ilə imtiyazlı ticarət razılaşmasını ləğv edəcəyini bildiribdir.