İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək
https://azeri.sahartv.ir/news/türkiyə-i342366-İstanbulda_təkrar_bələdiyyə_seçkiləri_keçiriləcək
İstanbulda hakim Ədalət və İnkişaf Partiyası və onun rəqibi Cümhuriyyət Xalq Partiyası on yeddi ildən sonra razılığa gəliblər ki, canlı bir teledebatda iştirak etsinlər. Bu iclas ümumi fikrin nöqteyi-nəzərindən, seçkilərin taleyinin təyini sahəsində olduqca önəmli olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2019 15:01 Asia/Baku
  • İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək
    İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək

İstanbulda hakim Ədalət və İnkişaf Partiyası və onun rəqibi Cümhuriyyət Xalq Partiyası on yeddi ildən sonra razılığa gəliblər ki, canlı bir teledebatda iştirak etsinlər. Bu iclas ümumi fikrin nöqteyi-nəzərindən, seçkilərin taleyinin təyini sahəsində olduqca önəmli olacaq.

 

Hər şey gözəl olacaq. Bu şüarı bu günlər hökumətlə müxalif partiyanın tərəfdarları İstanbulda verirlər. Onların işarəsi, bu iri şəhərdə bələdiyyə seçkilərinin yenidən keçirilməsinədir. Bu seçkilər hakim partiyanın etirazına görə, ləğv edildi və qərar üzrə iyunun 23-də yenidən keçirilməlidir.

Müsahibə(kişi): İnanıram ki, seçkilər cəmiyyətdə demokratiyanın reallaşmasının əsasıdır. Bu arzuya çatmaq üçün onun bütün şərtlərinə tabe olmaq lazımdır.

İstanbul təqribən on altı milyon sakin və mühacirə malik iri bir şəhər olaraq, bu günlər bələdiyyə seçkilərinin təkrar keçirilməsi əhval-ruhiyyəsindədir.

Vədlər bazarı ğızğındır və iki əsas namizədin tərəfdarları səhnəyə gəldilər.

Müsahibə(kişi): Hər şey şəffaf olmalıdır. Bu, mühüm bir prinsipdir. Bu mənaya çatarkən hər şey özünün düzgün yolunda qərar tapacaqdır.

İndi bütün baxışlar bu ölkənin ən böyük iqtisadiyyatına sahib olan şəhər seçkilərinin nəticəsinə dikilib. Siyasi partiya və fraksiyalar nadir bir prosesdə iki koalisiya təşkil etməklə müttəfiq olublar və iki siyasi qütbü təmsil edirlər.