Türkiyə ABŞ-ın təhdidini cavablandırıb
https://azeri.sahartv.ir/news/türkiyə-i342451-türkiyə_abŞ_ın_təhdidini_cavablandırıb
Türkiyənin xarici işlər naziri deyib: Ankara Rusiyadan S-400 zenit raket sisteminin satın alınması ilə bağlı Amerikanın Türkiyəyə qarşı sanksiyalarını cavabsız qoymayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2019 08:39 Asia/Baku
  • Türkiyə ABŞ-ın təhdidini cavablandırıb
    Türkiyə ABŞ-ın təhdidini cavablandırıb

Türkiyənin xarici işlər naziri deyib: Ankara Rusiyadan S-400 zenit raket sisteminin satın alınması ilə bağlı Amerikanın Türkiyəyə qarşı sanksiyalarını cavabsız qoymayacaq.

Mövlud Çavuşoğlu dünən əlavə edib: Əgər Amerika Türkiyəni S-400 zenit raket sistemi almasına görə, sanksiya edərsə, Ankara cavab addımları atacaqdır.

Bu sözlərin ardınca Türkiyə lirəsinin ABŞ dolları qarşısındakı dəyəri tənəzzül edib və ötən iki həftə ərzində minimum həddə enibdir.

Vaşinqton xəbərdarlıq edibdir ki, Rusiyadan S-400 zenit raket sistemini təhvil alacağı təqdirdə, Türkiyəni sanksiya və F-35 qırıcısı üzrə xarici pilotların təlim proqramından məhrum edəcək.

Belə bir halda, Çavuşoğlu ötən həftə Anadolu xəbər agentliyi ilə müsahibədə demişdi ki, Rusiyadan S-400 zenit raket sisteminin alınması müqaviləsinin ləğvi mümkünsüzdür.