Ərdoğan Makronu tənqid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i342565-Ərdoğan_makronu_tənqid_edib
Türkiyə prezidenti öz fransalı həmkarını tənqid edib. Buna səbəb, Aralıq dənizinin şərqində qaz hasilatına görə, Makronun Ankaraya etiraz etməsi olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2019 06:09 Asia/Baku
  • Ərdoğan Makronu tənqid edib
    Ərdoğan Makronu tənqid edib

Türkiyə prezidenti öz fransalı həmkarını tənqid edib. Buna səbəb, Aralıq dənizinin şərqində qaz hasilatına görə, Makronun Ankaraya etiraz etməsi olubdur.

Rəcəb Tayyıp Ərdoğan dünən gecə Fransa prezidenti Emmanuel Makrona xitabən deyib ki, bu ölkə hökuməti Aralıq dənizinin şərqində və Kiprdə qaz hasilatı məsələsinə qarışmamalıdır.

Makron cümə günü Avropa Birliyinin Maltada keçirilən sammitindən sonra Türkiyənin Kiprdəki fəaliyyətlərini qanunsuz adlandırmışdı.

Yunanıstanın baş naziri Aleksis Sipras da bildiribdir ki, əgər Türkiyə Kiprdə qaz hasil etməklə Yunanıstan və Kipr xalqlarının hüquqlarını tapdamaq istəyərsə, ehtimal üzrə Avropa Birliyi Türkiyəni sanksiya edəcək.

Türkiyənin 1974-cü il hərbi müdaxiləsinin ardınca Kipr adası türksakinli şimal və yunansakinli cənub hissələrə parçalandı. Türksakinli hissə ötən milad əsrinin səksəninci onilliyində istiqlaliyyət elan edərək, öz adını “Şimali Kipr Türk Respublikası” elan etdi. Türkiyə dövləti Kipr adasını öz ərazisinin bir hissəsi hesab edir.

Son bir neçə onillikdə Ankara rəsmiləri Kiprin türksakinli hissəsinin dünya ictimaiyyətində rəsmən tanınması üçün əllərindən gələni etsələr də buna nail ola bilməyiblər.