Ərdoğan Mursinin ölümünü təbii bilmir
https://azeri.sahartv.ir/news/türkiyə-i342703-Ərdoğan_mursinin_ölümünü_təbii_bilmir
Türkiyə prezidenti və bu ölkənin digər rəsmiləri sıx sıralarda Muhəmməd Mursinin İstanbulda yerləşən tarixi Fatih məscidində keçirilən xətm mərasimində iştirak ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2019 06:50 Asia/Baku
  • Ərdoğan Mursinin ölümünü təbii bilmir
    Ərdoğan Mursinin ölümünü təbii bilmir

Türkiyə prezidenti və bu ölkənin digər rəsmiləri sıx sıralarda Muhəmməd Mursinin İstanbulda yerləşən tarixi Fatih məscidində keçirilən xətm mərasimində iştirak ediblər.

O, bazar ertəsi günü də Mursini şəhid adlandıraraq, Misirə hakim kəsilmiş "zalımlar"ı onun ölümü amili adlandırmışdı. Onun zalım deməkdə məqsədi, prezident Əbdulfəttah Əlsisidir.

Bazar ertəsi günü keçirilən məhkəmə iclasında vəfat edən Muhəmməd Mursi sabahısı gün gizli və təhlükəsizlik şəraitində Qahirədə dəfn olundu. O, altı il zindanda idi.

Ərdoğan çərşənbə axşamıgünkü mərasimdən sonra qısa bir çıxışda dedi: Mən bu ölümün təbii bir ölüm olduğunu əsla qəbul etmirəm.

Prezident Mursinin Əbdulfəttah Əlsisi tərəfindən devrildiyi zamandan bəri Türkiyə-Misir münasibətləri demək olar ki, sıfır nöqtəsinə enibdir.

Muhəmməd Mursi "Müsəlman qardaşları" təşkilatının seçkilərdəki namizədi idi. Minlərlə nəfər Muhəmməd Mursinin İstanbulda keçirilən xətm mərasimində iştirak edibdir.