Ərdoğan deyib ki, Qaşıqçının qətli, onun amillərinə baha başa gələcək
https://azeri.sahartv.ir/news/türkiyə-i342765-Ərdoğan_deyib_ki_qaşıqçının_qətli_onun_amillərinə_baha_başa_gələcək
Türkiyə prezidenti bildirib ki, səudları tənqid edən jurnalist Camal Qaşıqçının qətli amilləri özlərinin bu hərəkətlərinin əvəzini ödəyəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2019 07:39 Asia/Baku
  • Ərdoğan deyib ki, Qaşıqçının qətli, onun amillərinə baha başa gələcək
    Ərdoğan deyib ki, Qaşıqçının qətli, onun amillərinə baha başa gələcək

Türkiyə prezidenti bildirib ki, səudları tənqid edən jurnalist Camal Qaşıqçının qətli amilləri özlərinin bu hərəkətlərinin əvəzini ödəyəcəklər.

Rəcəb Tayyıp Ərdoğan çərşənbə günü BMT-nin səud vəliəhdi Muhəmməd Bin Salmanın Camal Qaşıqçının qətlində rolunun olmasına işarə edən hesabatına reaksiyada deyib: Bu hesabat səud başçılarının Qaşıqçının qətlindəki rollarını təsdiq edir və ərəbistanın Türkiyəyə baxışı yanlışdır.

Amerikanın Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsey Qrahaam da BMT-nin səud vəliəhdinin Camal Qaşıqçının qətlində rolu olması barədəki hesabatını qaneedici adlandıraraq, bildirib ki, Qaşıqçını öldürən kəs, Muhəmməd Bin Salman olubdur.

BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard dünən bildirib ki, ərəbistanın yüksək vəzifəli şəxslərinin, o sıradan bu ölkənin vəliəhdi Muhəmməd Bin Salmanın səudları tənqid edən jurnalist Qaşıqçının qətlində rolu olması haqda mötəbər sənədlər əldə olunub.

Səudiyyə tənqidçisi Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də ərəbistanın İstanbuldakı konsulluğunda Ərriyaddan göndərilmiş agentlər tərəfindən dəhşətli şəkildə qətlə yetirildi.