Türkiyə ABŞ-ın hər cür ehtimal olunan sanksiyası ilə mübarizəyə hazırdır
Türkiyə prezidenti ölkəsinin ABŞ-ın hər cür ehtimal olunan sanksiyası ilə mübarizəyə hazır olduğunu bildirib.
Rəcəb Tayyıp Ərdoğan İstanbulda xarici müxbirlərlə xüsusi görüşdə Rusiyadan S-400 raket sistemi almaq üstündə Ankara ilə Vaşinqton arasındakı ixtilafa və Amerikanın sanksiyası ehtimalına toxunaraq, bildirib ki, Türkiyə hər cür sanksiya ilə mübarizə üçün özünəməxsus üsullara malikdir.
Ərdoğan nüvə anlaşması və ABŞ-İran ixtilafları barədəki sualın cavabında da deyibdir ki, Amerikanın nüvə anlaşmasından çıxması bütün beynəlxalq qayda-qanunlara zidddir.
Vaşinqton Rusiyadan S-400 raket sistemi almaq üstündə dəfələrlə Ankaranı sanksiya ilə hədələyib və xəbərdarlıq edibdir ki, Türkiyənin bu hərəkətinə cavab olaraq, bu ölkəyə F-35 qırıcılarının satışını ləğv edəcəkdir.
Belə bir halda, Türkiyə rəsmiləri bildiriblər ki, S-400 raket sisteminin bu ölkəyə təhvil verilməsi prosesi bu ilin yayından başlanacaqdır.