İstanbuldakı bir zavodda yanğın nəticəsində 4 nəfər həlak olub
İyun 22, 2019 13:44 Asia/Baku
-
İstanbuldakı bir zavodda yanğın nəticəsində 4 nəfər həlak olub
Türkiyənin İstanbul şəhərində plastik maddələr istehsalı zavodunda yanğın nəticəsində dörd xarici fəhlə həyatını itirib.
Bu gün səhər tezdən İstanbulun Cumhuriyyət məntəqəsindəki dördmərtəbəli bir zavodda baş vermiş bu hadisədə altı xarici fəhlə yaralanıbdır.
Bu zavodda 20 əfqan fəhlə işlə məşğul idi ki, onların on nəfəri Türkiyə yardım qrupu tərəfindən xilas edilibdir.
Bu yanğının səbəbi elan olunmayıbdır.