Türkiyə mərkəzi bankının rəhbəri vəzifəsindən azad olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i343741-türkiyə_mərkəzi_bankının_rəhbəri_vəzifəsindən_azad_olunub
Türkiyə prezidenti bu ölkənin mərkəzi bankının müdirini kənarlaşdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2019 07:09 Asia/Baku
  • Türkiyə mərkəzi bankının rəhbəri vəzifəsindən azad olunub
    Türkiyə mərkəzi bankının rəhbəri vəzifəsindən azad olunub

Türkiyə prezidenti bu ölkənin mərkəzi bankının müdirini kənarlaşdırıb.

Rəcəb Tayyıp Ərdoğan bu gün bir hökmdə maliyyə siyasətləri barədəki ixtilafları şiddətləndirdiyinə görə, Murad Çetinkayanı vəzifəsindən azad edərək, onun müavini Murad Uysalı Türkiyə mərkəzi bankının yeni müdiri təyin edibdir.

Deyilənlərə görə, ötən həftələrdə Türkiyə mərkəzi bankının sabiq müdirinin bu ölkə prezidentinin bank faizləri miqdarının azaldılması barədəki göstərişi ilə müxalifət etməsi Türkiyənin maliyyə bazarlarında böhranın yaranması ilə nəticələnmişdi.

Son zamanlar Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan və bu ölkənin maliyyə naziri Barat Albayrak Murad Çetinkayanın istefa verməsini istəmişdilər. Amma Çetinkaya bu istəyə qarşı çıxaraq, bildirmişdi ki, mərkəzi bank müstəqil bir orqandır.