Türkiyə S-400-ü almaq üzrə hərəkətini müdafiə edib
https://azeri.sahartv.ir/news/türkiyə-i344321-türkiyə_s_400_ü_almaq_üzrə_hərəkətini_müdafiə_edib
Türkiyənin müdafiə naziri Rusiyadan S-400 zenit raket sisteminin alınmasını Türkiyənin təhlükəsizliyi üçün zəruri adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2019 04:08 Asia/Baku
  • Türkiyə S-400-ü almaq üzrə hərəkətini müdafiə edib
    Türkiyə S-400-ü almaq üzrə hərəkətini müdafiə edib

Türkiyənin müdafiə naziri Rusiyadan S-400 zenit raket sisteminin alınmasını Türkiyənin təhlükəsizliyi üçün zəruri adlandırıb.

Hulusi Akar Amerika müdafiə nazirliyinin başçısı Mark Esperin Rusiyanın S-400 zenit raket sistemi barədəki son sözlərinə cavab olaraq, deyib: Bu sistemin satın və təhvil alınması bir seçim deyil, bir zərurət və ehtiyacdır, zira Türkiyə ciddi təhdid şəraitinə düşübdür.

Amerika müdafiə nazirliyinin başçısı Mark Esper dünən bir twitter mesajında yazıb: Türkiyənin Rusiyadan S-400 zenit raket sistemini almasının başlanmasından xəbərdarıq və Vaşinqtonun F-35 qırıcıları ilə bağlı mövqeyi dəyişməyibdir.

Amerika bundan öncə bildirmişdi ki, Türkiyənin Rusiyadan S-400 zenit raket sistemini alacağı təqdirdə, Vaşinqton F-35 qırıcılarının bu ölkəyə satışını dayandıracaq və Ankaraya qarşı sərt sanskiyalar tətbiq edəcəkdir.