NATO Rusiyanın S-400 raket sisteminin Türkiyəyə təhvil verilməsindən nigarançılıq edib
Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun baş katibi Türkiyənin Rusiyadan S-400 raket sistemini satın və təhvil almasından nigarançılıq edib.
Yens Stoltenberq bu gün səhərçağı deyib: Türkiyənin Rusiyadan S-400 raket sistemini satın alması o deməkdir ki, bu ölkə F-35 qırıcıları proqramında əsla iştirak edə bilməz.
NATO-nun baş katibi bununla belə, Türkiyəni bu hərbi təşkilatın üzvü adlandırıb.
Amerika hökuməti dünən bildirib ki, Türkiyə Rusiyadan S-400 raket sistemini satın aldığına görə, F-35 qırıcısı layihəsindən kənara qoyulubdur.
Türkiyə qərar üzrə Amerikadan yüz ədəd F-35 qırıcısı satın almalı idi və bu ölkənin pilotları bu qırıcıları idarə etmək sahəsində Amerikada təlim keçməli idilər.
Amerika müdafiə nazirliyi- Pentaqon Türkiyə pilotlarından istəyibdir ki, iyulun 31-dək bu ölkə ərazisini tərk etsinlər.
Türkiiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerikanın bu hərəkətini iki ölkə əlaqələrinə ziyan vura biləcək ədalətsiz və qanunsuz hərəkət adlandırıbdır.
S-400-in təhvil verilməsi prosesinin davamında bu sistemin təchizatlarını daşıyan on birinci təyyarə dünən Ankaranın yaxınlığında yerləşən Akınçı bazasına daxil olubdur.