İranlı şirkətlər Türkiyədə fəaliyyət göstərən xarici şirkətlərin önündə gedirlər
İyul 24, 2019 13:44 Asia/Baku
-
İranlı şirkətlər Türkiyədə fəaliyyət göstərən xarici şirkətlərin önündə gedirlər
Türkiyə ticarət palataları və əmtəə malları birjası birliyi bu ilin ilk altı ayında həmin ölkədə qeydə alınmış iranlı şirkətlərin ilk yeri tutmalarından xəbər verib.
Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyə ticarət palataları və əmtəə malları birjası birliyinin bu ilin ilk altı ayına olan statistikasına əsasən, bu ölkədə kooperasiya şirkəti qeydə aldırmış xarici ölkələr arasında İran 33 hal ilə brinci yerdə durubdur.
Bu məlumata əsasən, qeyd olunan müddətdə məhdud məsuliyyətlə qeydə alınmış investisiyalar arasında da iranlı şirkətlər 480 hal ilə cədvəlin önündə gedirlər.
Bu məlumata görə, bütövlükdə cari ilin ilk altı ayında ölkədə xarici sərmayə və məhdud məsuliyyətlə 5620 şirkət və 559 kooperasiya şirkəti qeydə alınıbdır.