Türkiyə ordusunun PKK-nın mövqelərinə qarşı hava hücumu davam edir
https://azeri.sahartv.ir/news/türkiyə-i348134-türkiyə_ordusunun_pkk_nın_mövqelərinə_qarşı_hava_hücumu_davam_edir
Türkiyənin müdafiə nazirliyi bu ölkə ordusunun İraqın şimalında PKK-nın mövqelərinə qarşı hava hücumunun davam etdirilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2019 07:42 Asia/Baku
  • Türkiyə ordusunun PKK-nın mövqelərinə qarşı hava hücumu davam edir
    Türkiyə ordusunun PKK-nın mövqelərinə qarşı hava hücumu davam edir

Türkiyənin müdafiə nazirliyi bu ölkə ordusunun İraqın şimalında PKK-nın mövqelərinə qarşı hava hücumunun davam etdirilməsindən xəbər verib.

Türkiyənin müdafiə nazirliyi dünən bildirib ki, bu ölkə ordusunun qırıcıları PKK-nın İraqın şimalında yeləşən Qəndil dağları bölgəsindəki mövqelərini hədəfə alıblar; nəticədə bu partiyanın dörd üzvü ölübdür.

Türkiyənin müdafiə nazirliyi bazar ertəsi günü də bildirmişdi ki, bu ölkə ordusunun İraqın şimalında yeləşən Xakurk məntəqəsində PKK-nın mövqelərinə qarşı hava hücumunda həmin partiyanın beş üzvü öldürülübdür.

Türkiyə ordusu PKK-nı yatırmaq üçün bu il mayın 27-də İraqın şimalında "Pəncə" əməliyyatına başlayıbdır.