Türkiyə Netanyahunun sözlərinə reaksiya verib
https://azeri.sahartv.ir/news/türkiyə-i348632-türkiyə_netanyahunun_sözlərinə_reaksiya_verib
Türkiyənin xarici işlər naziri İslam Əməkdaşlığı Təşkilatının iclasındakı çıxışında sionist rejimin baş nazirinin İordan dərəsinin işğal olunmuş ərazilərə qatılması barədəki sözlərini həyasızlıq adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2019 04:40 Asia/Baku
  • Türkiyə Netanyahunun sözlərinə reaksiya verib
    Türkiyə Netanyahunun sözlərinə reaksiya verib

Türkiyənin xarici işlər naziri İslam Əməkdaşlığı Təşkilatının iclasındakı çıxışında sionist rejimin baş nazirinin İordan dərəsinin işğal olunmuş ərazilərə qatılması barədəki sözlərini həyasızlıq adlandırıb.

Mövlud Çavuşoğlu İslam Əməkdaşlığı Təşkilatının Ərəbistanın Ciddə şəhərində keçirilən fövqəladə iclasında deyib: Bəzi ölkələrin himayəsi ilə həyasızlaşmış sionist rejim öz hücum siyasətini davam etdirir və irqçi və aparteid rejiminə çevrilməkdədir.

Çavuşoğlu əlavə edib: Əgər bütün İslam Ümməti reaksiya versəydi, Ameika və sionist rejmin plan, siyasət və həyasızlıqları bu həddə çatmazdı.

Türkiyənin xarici işlər naziri sonda bildirib ki, sionist rejimin baş naziri Benyamin Netanyahunun utancgətirici sözləri seçkilərdə bir neçə çox səs əldə etmək istiqamətində əbəs bir cəhddir.