İran-Türkiyə iqtisadi əməkdaşlıq komissiyası işə başlayıb
-
İran-Türkiyə iqtisadi əməkdaşlıq komissiyası işə başlayıb
Ankarada İran-Türkiyə iqtisadi əməkdaşlıq komissiyasının 27-ci yığıncağı işə başlayıb.
İran-Türkiyə iqtisadi əməkdaşlıq komissiyasının iranlı həmsədri Mahmud Vaezi bu iclasda deyib: Bu komissiyanın ən mühüm prioriteti iki ölkənin iqtisadi və ticari sahələrdəki razılaşmalarının həyata keçirilməsinin sürətləndirilməsidir.
Vaezi əlavə edib: Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi sahəsində İran üçün heç bir məhdudiyyət yoxdur və Amerikanın qanunsuz sanksiyalarının törətdiyi bütün problemlərə rəğmən, özəl sektorun və təşəbbüs addımlarının fəallaşması ilə inkişaf yolu davam edəcək.
Türkiyənin energetika naziri Fatih Dönməz də bu görüşdə İran və Türkiyə prezidentlərinin ildə 30 milyard dollarlıq ticarət üçün hədəf təyin etmələrini gerçək adlandırıb və deyib ki, Türkiyə hökuməti qarşılıqlı razılaşmaların reallaşması və iqtisadi münasibətlərin qorunması və inkişafı üçün əlindən gələni edəcək.