Türkiyədə koronavirusdan daha 48 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i361530-türkiyədə_koronavirusdan_daha_48_nəfər_ölüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 48 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2020 19:12 Asia/Baku
  • Türkiyədə koronavirusdan daha 48 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 48 nəfər ölüb.

SaharAzeri-nin APA-ya istinadən verdiyi məlumata görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 33 687 şübhəli koronavirus testindən keçib, onlardan 1848-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3689 nəfər ölüb, 135 569 nəfər bu infeksiyaya yoluxub, 86 396 nəfəri isə müalicə olunub. Bu gün 3412 xəstə evə buraxılıb.