Apr 09, 2021 12:46 Asia/Baku
  • Ərdoğan islami ölkələr arasında meqabankın yaradılmasını vurğulayıb

Türkiyə prezidenti bildirib ki, islami meqabankın yaradılması ona üzv ölkələrin nağd ehtiyaclarını aradan qaldıra bilər.

SəhərAzəri xəbər verir ki, Rəcəb Tayyıb Ərdoğan səkkiz inkişaf etməkdə olan islami ölkənin iqtisadi əməkdaşlıq qrupu- D8-in başçılarının onuncu sammitində D8 ölkələri arasında yeddi dəfədən çox artmış ticarət həcmini dəyərli hesab etməklə bərabər, onu yetərsiz adlandırıbdır.

Ərdoğan bildirib ki, D8 təşkilatı günün tələbləri və şəraitinə əsasən, struktur dəyişikliyinə uğramalı və qərarçıxarmalar prosesində sürətlənmə və layihələrin nəticəyə çatması üzərində təmərküzləşməlidir.

O, deyib: Yeni üzvlər qəbul etmək və D8-in bünövrəsini gücləndirməklə öz təsirgöstərmə dairəmizi genişləndirməliyik.

İxtisarlaşdırılmış adı D8 olan səkkiz inkişaf etməkdə olan islami ölkə qrupu İran, Türkiyə, Pakistan, Banqladeş, İndoneziya, Malayziya, Misir və Nigeriyadan təşkil olunub.

Səkkiz inkişaf etməkdə olan islami ölkənin iqtisadi əməkdaşlıq qrupu- D8-in başçılarının onuncu sammiti dünən İran prezidentinin və üzv ölkələrin dövlət başçılarının iştirakı və onun dövri sədri kimi Banqladeşin ev sahibliyi ilə virtual formada keçirildi.

Teqlər