Ərdoğan ana müxalifət partiyası CHP liderini məhkəməyə verib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vəkilinin Ankara Ədliyyəsinin 37-ci şöbəsinə verdiyi şikayət ərizəsində Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu ötən həftə Türkiyə parlamentindəki partiya fraksiyasının iclasında, həmçinin İstanbulda CHP tərəfdarlarının qarşısında etdiyi çıxışında işlətdiyi ifadələrə görə, Ərdoğanı təhqir etməkdə və onun şəxsi hüquqlarına hücum etməkdə ittiham olunub.
Şikayət ərizəsində CHP sədrinə qarşı 500 min lirə təzminat iddiası qaldırılıb.
Türkiyədə növbəti prezident seçkilərinə 13 ay qalıb və Türkiyədə bu yaxınlarda dərc edilmiş iki sorğuya görə, Ərdoğan və Ədalət və İnkişaf Partiyasını seçkilərdə qalib gəlmək üçün çox çətin bir yol gözləyir.