Türkiyənin keçmiş xarici işlər naziri Ankaranın hərbi müdaxilələri haqda xəbərdarlıq edib
-
Türkiyə
Türkiyənin keçmiş xarici işlər naziri Suriyada qeyri-qanuni hərbi əməliyyatların davam etməsi barədə bu ölkə hökumətinə xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ankara Kürdüstan Fəhlə Partiyası- PKK ilə mübarizə bəhanəsi ilə İraqın şimalı və Suriyanı hədəfə alır və hər iki ölkənin etirazlarına rəğmən, öz hərbi əməliyyatlarını davam etdirir.
Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakiş bu ölkənin dövlət başçılarına ünvanladığı müraciətdə tövsiyə edibdir ki, Türkiyənin Suriya və regiondakı münaqişələrə daha çox müdaxilədən çəkinməsi daha yaxşı olardı.
Hakim Ədalət və İnkişaf Partiyasının banilərindən olan Yakış Türkiyənin dövlət başçılarına ünvanladığı müraciət-qeyddə İsrail rejiminin Livan və Suriya sərhədlərinə qarşı hava hücumları, Moskva və Dəməşqin hərbi təlimləri və Suriya, İran və Rusiyanın/ Türkiyənin Suriyaya hər hansı yeni hücumuna qarşı çıxmalarına işarə edib.
Türkiyəli diplomat əlavə edib: Suriyada yeni güc müvazinətinin yaradılması vaxt aparacaq. Türkiyə üçün ən yaxşı siyasət, regiondakı münaqişələrə artıq müdaxilədən çəkinməkdir.
Dəməşqin ardıcıl müxalifətlərinə rəğmən, Türkiyənin müdafiə nazirliyi bazar günü bu ölkənin Suriyanın şimalındakı hərbi əməliyyatlarının davam edəcəyinə təkid edib.
Türkiyənin İraqın şimalında PKK-ya qarşı qeyri-qanuni əməliyyatları Bağdadın BMT-yə etirazı və şikayətinə səbəb olub.