Noy 07, 2015 14:17 Asia/Baku
  • Avropa Parlamenti sədrinin İran İslam Şurası Məclisi sədri ilə görüşü
    Avropa Parlamenti sədrinin İran İslam Şurası Məclisi sədri ilə görüşü

Avropa Parlamentinin sədri Tehranda İran İslam Şurası Məclisinin sədri ilə görüşüb, İran ilə AB arasında əlaqələrin möhkəmləndirilməsi yolları haqda danışıqlar aparıb.

İRİB-nin məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani şənbə günü AP-ın sədri Martin Şultz ilə görüşdə deyib: İran İslam Respublikası və Avropa əlaqələri tarixidir.
Laricani əlavə edib: İran və Avropa Birliyi arasında ticarət əlaqələri iqtisadi baxımdan yaxşı olub və iki tərəf arasındakı ticarət əlaqələrinin səviyyəsi münasibdir.
Laricani həmçinin deyib: İran ilə Avropa Birliyi arasında əlaqələr ötən illər ərzində sanksiyalara görə azalmanın şahidi olub. Amma, iranlı iş adamları və tacirlər avropalı iş adamları ilə yaxın əməkdaşlığa və əlaqələrə malik olublar.
İran İslam Şurası Məclisinin sədri əlavə edib: İran mühüm məsələlərin həllində Avropanın roluna önəm verir və İran ilə 5+1 qrupu arasında anlaşmanın əldə olunmasının ardınca Avropa Parlamenti sədrinin Tehrana səfəri yeni dövrdə iki tərəf arasında əlaqələrin yaxşılaşdırılması üçün bir fürsət ola bilər.
Avropa Parlamentinin sədri Martin Şultz da bu görüşdə İran və 5+1 qrupu arasındakı müzakirələrin nəticəsindən razılıq edib və deyib: İran İslam Şurası Məclisinin rolu Avropa Parlamentinin rolundan heç də az deyil.
Avropa Parlamentinin sədri Tehrana olan bir günlük səfərinin davamında İran prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahının sədri Məhəmməd Cavad Laricani ilə görüşüb, danışıqlar aparmalıdır.

Teqlər