Noy 05, 2017 17:26 Asia/Baku
  • İİR XİN sözçüsü Suriyanın dövləti və xalqının kədəri ilə bölüşüb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İŞİD terror qrupunun Diyrəzzurda həyata keçirdiyi terror hücumunda dünyasını dəyişənlərin ailəsi, eləcə də Suriyanın dövləti və xalqının kədəri ilə bölüşüb.

Bəhram Qasemi bu gün söyləyib: İŞİD terror qrupunun insanlığa sığmayan bu vəhşicəsinə hərəkətləri bu qrupun zəifliyi və məğlubiyyətinin aşkar nişanəsidir; belə ki, onların nəfəsləri Suriyanın xalqı və dövlətinin vəhdəti və müqavimətilə kəsilibdir.

Suriyanın şərqində yerləşən Diyrəzzur vilayətində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində azı min nəfər ölüb. Dünən gecə Fərat çayının şərqindəki “Cədidə Əkidat” məntəqəsində baş vermiş bu terror partlayışında onlarla nəfər də yaralanıbdır.

Suriya ordusu cümə axşamı günü gecə strateji Diyrəzzur şəhərini İŞİD terror qrupunun işğalından çıxarıbdır.

 

.

 

 

Teqlər