Apr 12, 2021 07:28 Asia/Baku
  • Salehi: “Nətənz nüvə təsisatının elektrik şəbəkəsinə qarşı hərəkət İranın sənaye və siyasi tərəqqisi əleyhdarlarının məğlubiyyətinə işarədir”

Atom Enerjisi Təşkilatının rəhbəri Nətənz nüvə təsisatının elektrik şəbəkəsinə qarşı əməliyyatı İranın sənaye və siyasi tərəqqisinə qarşı olan müxaliflərin nüvə sənayesinin əhəmiyyətli inkişafının qarşısını almaq üçün uğursuzluğunun bir əlaməti adlandırdı.

SəhərAzəri xəbər verir ki, Bazar günü "Əli Əkbər Salehi" Nətənz nüvə təsisatının elektrik şəbəkəsində  baş verən hadisəyə cavab olaraq deyib: " Nətənz nüvə təsisatının elektrik şəbəkəsinə  qarşı edilən əməliyyat, sənaye inkişafının müxaliflərinin, zalımcasına sanksiyaların qaldırılmasında siyasi irəliləyiş və müvəffəq müzakirələrə qarşı uğursuzluqlarının nişanəsidir. .

Atom Enerjisi Təşkilatının sədri əlavə edib: "Milli Nüvə Texnologiyası Günündə İranın gənc və çalışqan alimlərinin nailiyyətləri nümayiş etdirildi və eyni zamanda, sanksiyaların ləğvi perspektivi olduqca aydın oldu."

Salehi təkidlə bildirib: İran İslam Respublikası bu iyrənc hərəkəti qınayır və beynəlxalq aləmdən həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyindən bu nüvə terrorizmi ilə mübarizə etməsinin vacibliyini vurğulayaraq cinayətkarlara, qarşı öz tədbir hüququnu qoruyur .

İran Atom Enerjisi Təşkilatının sədri, "Bu terror hərəkatının hədəflərinin qarşısını almaq üçün, İran İslam Respublikası bir tərəfdən nüvə texnologiyasının inkişafını ciddi şəkildə davam etdirəcək və digər tərəfdən zülmkar sanksiyaları ləğv etməyə çalışacaq" deyə əlavə edib.

İran Atom Enerjisi Təşkilatının sözçüsü "Behrouz Kamalvandi" bazar günü Şəhid Əhmədi Roşan Zənginləşdirmə Kompleksinin (Nətənz) elektrik şəbəkəsinin bir hissəsində hadisə baş verdiyini söyləmişdir.  Onun dediyiə görə hadisə nəticəsində  xəsarət  alan olmayıb və çirklənmə baş verməyibdir.

 

Teqlər