Dek 13, 2021 21:59 Asia/Baku
  • Həmid Vahedi
    Həmid Vahedi

İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı deyib: İran heç bir ölkəyə təcavüz etmək niyyətində deyil, lakin istənilən təcavüz qarşısında tam hazırlıqla və qüdrətlə dayanır.

SəhərAzəri-nin məlumatına əsasən, Şəhid Səttari adına Aviasiya Universitetinin komandirləri və professorları qarşısında briqada generalı Həmid Vahidi əlavə edib: "İran Ordusunun Hərbi Hava Qüvvələri istənilən səviyyəli və tipli hava təhdidlərinə intellektual cavab vermək üçün lazımi döyüş hazırlığına malikdir".

İran İslam Respublikası Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı, həmçinin ordunun PUA gücünə toxunaraq, deyib: "PUA-lar qabaqcıl, əlçatan, ucuz və çox yönlü texnologiyadır və bu texnologiya asimmetrik müharibənin mühüm tərkib hissəsinə çevrilib".

Teqlər