İyun 02, 2022 10:11 Asia/Baku
  • Rəisi: Azərbaycan əhalisi inqilab üçün canfəşanlıq edib

İran İslam Respublikasının prezidenti vilayətlərə səfərinin davamında bu gün Şərqi Azərbaycana işgüzar səfərini başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Təbriz Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən Seyid İbrahim Rəisi bildirib ki, Müqəddəs Müdafiə illərində Şərqi Azərbaycan vilayəti 10 minə yaxın şəhid və 24 min qazi ilə yaxşı parladı və bu vilayətin camaatı doğrudan da ölkəyə xidmət üçün əlindən gələni etmişdir. “Biz də xalqın xidmətçisi olaraq ona layiqli xidmət göstərməyə çalışacağıq.”

Prezident Şərqi Azərbaycanı tarix boyu, xüsusilə də Məşrutə Hərəkatı və İslam İnqilabında, xüsusilə 18 fevral 1978-ci ildə zor və hegemonluğa qəhrəmancasına müqavimət göstərən savadlı kişi və qadınların vilayəti kimi xarakterizə edib və əlavə edib: “Şərqi Azərbaycan Əllamə Təbatəbai, Əllamə Əmini, Ayətullah Şəhid Mədani və Cənab Qazi kimi təkcə bu vilayət və ölkəmiz üçün deyil, həm də İslam dünyası üçün örnək olan böyük və məşhur insanların məskənidir.”

Rəisi Şərqi Azərbaycanı bir çox faydalı qazıntı, sənaye və kənd təsərrüfatı imkanlarına malik istehsal, ticarət və ixrac əyaləti adlandıraraq deyib: “Xalq hökuməti artıq görülən bütün səyləri və tədbirləri yüksək qiymətləndirərək, vilayət səfərlərində yarımçıq qalmış layihələrin təkmilləşdirməsini gündəmdə saxlayır.”

Xatırladaq ki, cənab Rəisi prezident olandan sonra ikinci dəfədir Təbrizə səfərə gedir.

Seyid İbrahim Rəisi bu səfər çərçivəsində Şərqi-Azərbaycan əyalətinin bəzi rayonlarına baş çəkəcək və bir sıra layihələrin açılışında iştirak edəcək.

Həmçinin İran İslam Respublikasının prezidenti Təbrizin ictimaiyyət nümayəndələri ilə görüşəcək.

Teqlər