İyul 20, 2022 10:35 Asia/Baku
  • Putin: Zəmanətçi ölkələrin başçılarının görüşü məzmunlu idi

Rusiya prezidenti Vladimir Putin Astana prosesinin qarantı olan ölkələrin başçılarının görüşünü Suriya məsələsinin həllinə kömək etmək üçün çox faydalı hesab.

SəhərAzəri-nin məlumatına əsasən, çərşənbə axşamı Astana prosesinin qarantlarının 7-ci sammiti başa çatdıqdan sonra Vladimir Putin birgə mətbuat konfransında bildirib ki, üç ölkə Suriya böhranının həllinin yalnız siyasi mexanizmlə mümkün olduğu mövzusunda həmfikirdirlər.

BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə istinad edərək və Suriyanın suverenliyinə, ərazi bütövlüyünə tam hörmət edilməsini zəruri hesab edən Rusiya prezidenti qeyd edib ki, Suriyanın gələcəyini kənar qüvvələrin diktəsi olmadan suriyalılar təyin etməlidirlər.

Putin iranlı və türkiyəli həmkarları ilə terrorizmlə mübarizə üzrə danışıqlara toxunaraq deyib: “Son illərdə Suriyada terror təhdidləri və güc tətbiqinin səviyyəsi azalıb, İŞİD və Suriyada məskunlaşan digər terror qruplaşmaları yox olub. Və bu ölkənin qanuni hökuməti Suriyanın bir çox bölgələrində öz nəzarətini bərpa edə bilib.

Suriyanın şimal-şərqində ölknin suverenliyini pozan dövlətlərin müdaxiləsinə toxunan Putinin sözlərinə görə, Rusiyanın mövqeyi budur ki, Fəratın şərqinə Suriya hökuməti nəzarət etməlidir.

Suriyada beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam əməl olunmasının zəruriliyinə işarə edən Rusiya prezidenti sonda bu ölkənin bütün xalqının normal həyata qayıtmasına köməklik göstərilməsinin vacibliyini vurğulayıb.

Teqlər