İyul 20, 2022 18:52 Asia/Baku
  • İran Türkiyə ordusunun Suriyaya mümkün girişindən narahatdır

İran və Suriyanın xarici işlər nazirləri Tehranda birgə mətbuat konfransında Suriyanın ərazi bütövlüyünün qorunması və milli suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian rəsmi səfər çərçivəsində Tehrana gələn suriyalı həmkarı Feysəl Əl-Miqdad ilə keçirdiyi birgə mətbuat konfransında Tehrandakı Astana sammitinə toxunaraq, deyib: "Suriya sərhədlərində yeni qarşıdurma ehtimalını nəzərə alaraq, Astana sammiti Suriyadakı proseslərin gedişatının müharibə və militarizmdən uzaqlaşmasına və məsələlərin siyasi yolla həll olunmasına kömək etməyə çalışdı". 

Əmir Abdullahian İranın Türkiyə ordusunun Suriyaya daxil olması ehtimalından narahat olduğunu bildirib və əlavə edib: "Ümid edirik ki, Astana sammitində iştirak edən dövlət başçıları tərəfindən vurğulanan bu tövsiyələr dost Türkiyə rəsmiləri tərəfindən nəzərə alınacaq".

Suriyanın xarici işlər naziri Feysəl-Əl-Miqdad da bu mətbuat konfransında Suriyanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini vurğulayan Astana sammitinin yekun bəyanatının verilməsində İranın göstərdiyi səyləri yüksək qiymətləndirib və deyib: "Dəməşq Türkiyənin Suriya torpaqlarına hər hansı müdaxiləsinə, həmçinin Suriyada yaşayış məntəqələrinin yaradılmasına və türkləşdirmə siyasətinə qarşıdır".

Teqlər