İyul 21, 2022 12:33 Asia/Baku
  • Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran İslam Respublikasının prezidenti deyib: Suriya ordusu ölkənin bütün sərhədlərində nəzarəti ələ almalı və bu ölkənin suverenliyinə hörmət edilməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi çərşənbə günü Tehranda Suriyanın xarici işlər naziri Feysəl Miqdadla görüşdə bu ölkənin hökuməti və xalqına uğur və rifah arzusu ilə əlavə edib: Gələcək, bu ölkə xalqının xeyrinə olacaq. Suriya xalqının səbri və müqaviməti bu ölkənin və regionun gələcəyinin parlaq olmasına səbəb olacaq.

İran İslam Respublikasının prezidenti söyləyib: Amerikanın Fəratın şərqindən və bütün bölgədən çıxması Qərbi Asiyadakı böhranların əsaslı həll yoludur və İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi, amerikalılar Suriyadan çıxmalıdırlar.

Astana sammitinin İranda təşkil edilməsinə görə minnətdarlıq edib, bu iclasın nailiyyətlərindən razı qaldığını bildirən Suriyanın xarici İşlər naziri deyib: İran İslam Respublikası prezidentinin və İslam İnqilabının Böyük Rəhbərinin fikirləri Tehranla Dəməşq arasında ittifaqın olduğunu göstərir.

 

Teqlər