May 02, 2023 14:57 Asia/Baku
  • Əmir Abdullahian İran və Hindistan arasında əməkdaşlığın genişləndirilməsi haqda xüsusi diqqət yetirməsinin vacib olduğunu bildirdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Hindistanın milli təhlükəsizlik müşaviri ilə görüşündə iki ölkənin mühüm beynəlxalq məsələlərdə əlaqəsini lazımlı addım adlandıraraq mühüm regional və beynəlxalq məsələlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsini əhəmiyyətli olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Məlumata görə, Hüseyn Əmir Abdullahian Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Doval ilə görüşündə ikitərəfli əlaqələrin tarixi köklərini xatırladaraq, Hindistanın milli təhlükəsizlik müşavirinin Tehrana səfərinin iki ölkə arasında strateji sahədə münasibətlərdə ciddi irəliləyişə səbəb olacağına ümid etdiyini bildirib.

O, Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində İran prezidenti ilə Hindistanın baş naziri arasında konstruktiv danışıqlara toxunaraq, İran İslam Respublikasının bu təşkilata üzvlüyünün yaxın vaxtlarda təşkilatın rəhbərlərinin Dehlidə görüşü zamanı yekunlaşacağından məmnunluğunu bildirib.

Bu görüşdə Hindistanın Milli Təhlükəsizlik müşaviri də mövcud beynəlxalq şəraitin və dünyada baş verəcək dəyişikliklər və irəliləyişlərin əhəmiyyətindən danışaraq iki ölkə arasında geniş əməkdaşlıq sahələrinin mövcudluğundan bəhs edib və iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq çərçivəsində əhəmiyyətli stratejik xəritəsinin müəyyən edilməsi zərurətini diqqətə çatdırıb.

Teqlər