Noy 02, 2025 14:08 Asia/Baku
  • İraqçi: Terrorizm dünyanın istənilən nöqtəsində pislənməlidir

İranın xarici işlər naziri Sudanın xarici işlər naziri ilə telefon danışığı zamanı bildirib ki, terrorizm və günahsız insanlara qarşı zorakılıq dünyanın istənilən nöqtəsində və istənilən formada daim pislənməlidir.

Seyid Abbas İraqçi sudanlı həmkarı Mohi əl-Din Salim ilə telefon danışığında İran İslam Respublikasının əl-Faşir şəhərində günahsız mülki şəxslərin faciəvi qətliamı ilə bağlı dərin kədər və narahatlığını ifadə edib və İranın Sudan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb. 

Q, qeyd edib: "Bəzi tərəflər terrorçuları “yaxşı” və “pis” olmaqla iki kateqoriyaya bölür və özlərinin dediklərinə görə, onların  maraqlarını təmin etmək üçün çirkli işlər görənləri dəstəkləyirlə".

"Qərb dövlətləri tərəfindən uzun müddətdir tətbiq olunan bu cür ikili və təəssüf doğuran standartlara 2025-ci ildə artıq yer verilməməlidir. Terrorizm və günahsız insanlara qarşı zorakılıq istənilən formada və dünyanın istənilən yerində daim pislənməlidir, - deyə İraqçi əlavə edib.