Noy 08, 2025 19:45 Asia/Baku
  • İran Trampın İsrailin Tehrana qarşı təcavüzündə ABŞ-ın birbaşa rolunu etiraf etməsi ilə bağlı BMT-yə müraciət edib

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Təhlükəsizlik Şurasına ünvanladığı məktubda ABŞ prezidentinin İrana qarşı təcavüzdə ölkəsinin birbaşa rolunu etiraf etməsinə istinad edərək, vurğulayıb: "Bu etiraf beynəlxalq hüquqi baxımdan danılmaz nəticələrə malikdir və bu təcavüzkar hərəkətlərə görə məsuliyyətin sübutu üçün əsas təşkil edir".

Əmir Səid İrəvani əlavə edib; "Bu açıqlamalar ABŞ-ın İsrailin qeyri-qanuni hərbi təcavüzünün planlaşdırılması, idarə olunması və asanlaşdırılmasında birbaşa iştirakı, rəhbərliyi və komandanlığının açıq və danılmaz sübutudur. Bu cinayətkar təcavüzlər BMT Nizamnaməsinin ciddi və kobud şəkildə pozulması sayılır və çoxsaylı mülki şəxsin həlak olması, mülki infrastrukturun dağıdılması və İranın sülhməramlı və beynəlxalq nəzarətdə olan nüvə obyektlərinə ciddi zərər vurulması ilə nəticələnmişdir".

"ABŞ prezidentinin etirafı İran İslam Respublikasının ABŞ və onun rəsmilərinin tam cavabdehliyini təmin etmək və dəymiş zərərlərə görə kompensasiya tələb etmək üçün mövcud bütün beynəlxalq hüquqi mexanizmlərdən istifadə etmək hüququnu təsdiqləyir", - deyə İranın BMT-dəki ali nümayəndəsi qeyd edib.