Həccin idarə olunmasının Ali-Səuddan alınması üçün islam heyəti təşkil olunmalıdır
https://azeri.sahartv.ir/news/İslam-i197803-həccin_idarə_olunmasının_ali_səuddan_alınması_üçün_islam_heyəti_təşkil_olunmalıdır
Suriyanın İslam Vəhdəti Araşdırmalar mərkəzinin rəhbəri Həccin idarə olunmasının Ali-Səuddan alınması üçün təcili olaraq islam ölkələrindən ibarət heyətin təşkil olunmasının vacibliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2015 10:50 Asia/Baku
  • Həccin idarə olunmasının Ali-Səuddan alınması üçün islam heyəti təşkil olunmalıdır
    Həccin idarə olunmasının Ali-Səuddan alınması üçün islam heyəti təşkil olunmalıdır

Suriyanın İslam Vəhdəti Araşdırmalar mərkəzinin rəhbəri Həccin idarə olunmasının Ali-Səuddan alınması üçün təcili olaraq islam ölkələrindən ibarət heyətin təşkil olunmasının vacibliyini vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriyanın İslam Vəhdəti Araşdırmalar Mərkəzinin sədri Əbdürrəhman Əli əl-Zəl Fars Xəbər Agentliyinə verdiyi müsahibədə yük kranının Məscidül-Harama aşması və yüzlərlə zəvvarın ölməsi və yaralanması ilə bağlı Ali-Səud rejiminin cinayətinə toxunaraq deyib: İslam ölkələri tez bir zamanda müqəddəs məkanlar olan Məkkə və Mədinənin idarə olunmasının Ali-Səuddan alınması üçün islam heyəti təşkil etməlidirlər.
Suriya İslam Vəhdəti Araşdırmalar Mərkəzinin rəhbəri səudiyyə rejiminin islam dininə zərbə vurmaq istiqamətində addım atdığını bildirərək əlavə edib: Bu rejim bütün dünyada terror qruplaşmalarının hamisi olaraq onlardan Suriya vətəndaşlarının və sionist-amerikalı təyyarələrdən Yəmən vətəndaşlarının kütləvi qırğınında istifadə edir.
11 sentyabrda Məkkədə güclü qasırğa nəticəsində qaldırıcı yük kranı Məscidül-Haramın içinə aşdı. Nəticədə yüzlərlə zəvvar həlak oldu və yaralandı.