May 05, 2021 13:49 Asia/Baku
  • Bayden 907-ci düzəlişi növbəti 1 il üçün dayandırıb

ABŞ Prezidenti Co Bayden Azərbaycana “hərbi yardımın” göstərilməsinə icazə verib

SəhərAzəri- xəbər verir ki, ABŞ prezidenti Co Bayden Konqresi məlumatlandırıb ki, Administrasiya "Azadlığa Dəstək" Aktının 907-ci hüquqi qüvvəsini dayandırmağı uzadır.

Aprelin 26-sı Konqresə göndərdiyi bildirişdə ABŞ Dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, bu cür yardım Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səyləri pozmayacaq və mane olmayacaq, həmçinin Ermənistana qarşı hücum məqsədilə istifadə olunmayacaq.

 

Qeyd edək ki, 907-ci düzəliş — 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" adlandırılan Akta qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

ABŞ-ın indiki prezidenti o vaxt düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir.

Ermənistanın və separatçı ermənilərin Azərbaycan Respublikasına qarşı hücumları və Qarabağın işğalı dövrünə təsadüf edən 907-ci düzəlişin qəbul edilməsinin səbəbi Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokada tətbiq etməsi ilə izah olumuşdur.

Teqlər