Fev 27, 2025 17:23 Asia/Baku
  • Azərbaycan ordusunda daha bir əsgər vəfat edib

Azərbaycan Respublikası ordusunda daha bir əsgəri vəfat edib.

Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətindən deyiblər ki, vəfat edən əsgər Şirxan Söhrab oğlu Quliyevdir.

Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda cinayət işi açılıb.

Azərbaycan Hərbi Prokurorluğunun məlumatında qeyd olunur ki, şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir.

Yaxınları xəstəlikdən dünyasını dəyişdiyini iddia edirlər. Hadisə Tovuz rayonunun, Ağdam kəndindəki N saylı hərbi hissədə baş verib.

Bu elə bir haldadır ki, bir neçə gün öncə, fevralın 24-də daha bir əsgər vəfat etmişdi.

Qeyri-döyüş şəraitndə əsgərlər arasında ölüm hallarının çoxalması ictimaiyyətdə ciddi narahatlıqla qarşılanır.

Azərbaycan Müdafiə Nazirliyi və digər aidiyyatı qurumlar adətən əsgər ölümləri ilə bağlı tam və yekun statistikanı açıq paylaşmır.

 

Teqlər