ABŞ-ın İndiana ştatının mərkəzində silahlı insident baş verib
https://azeri.sahartv.ir/radio/dünya-i372447-abŞ_ın_İndiana_ştatının_mərkəzində_silahlı_insident_baş_verib
ABŞ-ın İndiana ştatında bir evdə baş verən silahlı insident nəticəsində beş nəfər o cümlədən bir hamilə qadın həyatını itirib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2021 08:37 Asia/Baku
  • ABŞ-ın İndiana ştatının mərkəzində silahlı insident baş verib

ABŞ-ın İndiana ştatında bir evdə baş verən silahlı insident nəticəsində beş nəfər o cümlədən bir hamilə qadın həyatını itirib

SəhərAzəri  xəbər verir ki,  "Assiciated press"in məlumatına görə, ABŞ polisi bildirib ki, bazar günü hamilə qadın da daxil olmaqla beş nəfər, Indiana ştatının mərkəzi, Indianapolis şəhərində bir evin içərisində güllələnərək, öldürülüblər.

Indianapolis şəhərinin Polis İdarəsinin rəisi Randal Teylorun sözlərinə görə, polis bu ölümcül atışmanın hədəfsiz olmadığını, hücumçu və ya hücumçular tərəfindən məqsədyönlü şəkildə törədildiyini deyir.

Bu ölümcül hadisə ilə əlaqədar hələ ki, heç kəs həbs edilməyib.

Hər il ABŞ-ın müxtəlif bölgələrində minlərlə insan atışma nəticəsində ölür və ya yaralanır.

Bu ölkədə silah lobbisi o qədər güclüdür ki, ABŞ Konqresi indiyədək silah daşımanı məhdudlaşdırmaq üçün heç bir tədbir görə bilməyib.

Rəsmi məlumatlara görə, ABŞ-da təxminən 270-300 milyon odlu silah var; Bu o, deməkdir ki,  bu ölkədə adambaşına bir silah düşür.