Fev 07, 2023 16:42 Asia/Baku
  • Vardanyan bir daha Əliyevə meydan oxudu

“Biz öz xalqına belə hörmət etməyən diktaturanın bir parçası ola bilmərik”

Qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” Ruben Vardanyan İspaniyanın EL PAIS nəşrinə müsahibəsində Əliyevə meydan oxuyub.

O deyib: “Artsax Azərbaycan tərəfindən mühasirədədir, hakimiyyət orqanlarımız beynəlxalq ictimaiyyətdən xahiş edib ki, hava körpüsü təmin edilsin və Azərbaycana qarşı sanksiyalar tətbiq olunsun. Çünki vəziyyət çox ağırdır. Ərzaq və elektrik enerjisinin məhdud olması, iqtisadi böhran insanların həyatına mənfi təsir göstərir”.

Separatçı nümayəndənin iddiasına görə, Azərbaycanın məqsədi insanları blokada yolu ilə öz nəzarəti altına almağa məcbur etməkdir ki, bu da məcburi deportasiya və etnik təmizləmə deməkdir.

Vardanyan sonra qeyd edib: “Biz sovet dövründə Azərbaycanda yaşayan erməni icmaları kimi etnik təmizləməyə məruz qalmaq istəmirik. Biz demokratik respublikayıq və diktaturanın bir hissəsi ola bilmərik. Bir ailənin hökm sürdüyü tipik avtoritar dövlət olan Azərbaycandan fərqli olaraq bizdə real müxalifət və açıq cəmiyyət var”.

 

Teqlər