Fev 20, 2023 19:23 Asia/Baku
  • Erməni siyasətçi Azərbaycanla sülh sazişinin riskləri barədə xəbərdarlıq edib

“Sərhədlərin delimitasiyası əsas şərtdir”

Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan Azərbaycanla sülh sazişinin imzalanmasının riskləri barədə xəbərdarlıq edib.

Baqrayan bu barədə deyib: “Sərhədlərin delimitasiyası olmadan sülh sazişinin imzalanması milli fəlakətə çevriləcək. Zira belə olan halda Azərbaycanın sülh bəhanəsi ilə yeni təcavüzə başlayacaq, Ermənistan isə Vardenis, Cermuk, Sisian, Qoris rayonlarını, eləcə də Qorisin bir hissəsini həmişəlik itirəcək.

İkincisi, Azərbaycan anklavlar alacaq və İrəvan-Meğri yolunu bağlayacaq.

Üçüncüsü, sülh sazişində Dağlıq Qarabağın statusu ilə bağlı məqamlar yoxdursa, o, aylar ərzində unudulacaq”.

Fevralın 15-də Nazirlər Kabinetinin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, Ermənistan Respublikası Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında müqavilə layihəsinin növbəti mərhələsi üzrə işləri başa çatdırıb və təkliflər artıq Azərbaycan tərəfinə təqdim edilib. Sənəd həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə də göndərilibdir.

Paşinyanın sözlərinə görə, bu sənədin Azərbaycan üçün də məqbul olması aydındır. “Ümid edirik ki, üç raund danışıqlar nəticəsində müşahidə olunan müəyyən irəliləyişə nail olmaq mümkün olsun”, - deyə baş nazir vurğulamışdı. 

 

Teqlər